UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Aberdin” (Şotlandiya) oyununun bilet satışı davam edir.
Fanat.Az xəbər verir ki, satışa çıxarılan 15000 biletin 5500-dən çoxu alınıb.
COVID-19 pandemiyası ilə əlaqədar görüşü tribunalardakı oturacaq sayının 50 faizi qədər azarkeş canlı izləyə biləcək.
Qeyd edək ki, "Qarabağ" - "Aberdin" matçı sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Mirağa