“Neftçi”də və “Qarabağ”da çıxışı ilə tanınan Aylton Silvanın karyerasını yenidən Azərbaycanda davam etdirmək ehtimalı yaranıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, “Neftçi” braziliyalı müdafiəçini yenidən sıralarına qatmaq istəyir. 26 yaşlı futbolçunun hazırda azad agent olması da bu baxımdan, transferi cəlbedici edir. Üstəlik, flaqmanın müdafiə xəttində problemlərin olduğu da vurğulanmalıdır.
Qeyd edək ki, Aylton 2015/2016 mövsümündə “Neftçi”də çıxış edib. O, “ağ-qara” formada 39 oyuna çıxıb, 3 qolla yadda qalıb. 2019-cu ildə isə “Qarabağ” onu sıralarına qatıb. Müdafiəçi bir mövsüm ərzində “Qarabağ”da ümumilikdə, 28 (15 premyer-liqa, 12 avrokubok, 1 kubok) oyunda forma geyib, 1 qol vurub.
İnformasiyanı "Neftçi"nin mətbuat xidməti ilə dəqiqləşdirmək istədik. Lakin mətbuat xdməti faktı təsdiqləmədi.