17:18 18.08.2021 1866

"Neftçi"nin prezidenti: "Heç kim bizə Lionel Messini təklif edə bilməz"

"Kamran Quliyev alınan futbolçunun keyfiyyətinə cavabdeh deyil. Heç vaxt da olmayacaq. Çünki rəhbərlik vəsait ayırır. Ötən il bizim keçmiş baş məşqçimiz və idman direktorumuza müəyyən vəsait ayrılıb. Onun üstündə işlədik, heyəti qurduq və çempion olduq".

Fanat.Az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin prezidenti Kamran Quliyev klubun rəsmi televiziyasına müsahibəsində deyib.

Funksioner bəzi transferlərin gecikməsinin müxtəlif səbəbləri olduğunu bildirib: "Bunun səbəbkarı konkret hansısa şəxs deyil. Bəyəndiyimiz oyunçunun komandaya transferi baş tutmayıbsa, deməli, özü istəməyib. Bəzilərinin vizası və biletləri hazır olub, amma son anda nələrsə baş verib. Mən və ya müavinim futbolçu keyfiyyətinə rəy bildirə bilmərik. Çünki onun da öz mütəxəssisi var. Seleksiyaçı, məşqçilər korpusu və ya baş məşqçi rəy bildirə bilər. Sonda baş məşqçi hansısa oyunçuda dayana bilər".

Quliyev komanda transfer etmək futbolçuların maliyyə tələbləri haqqında məlumatları əvvəlcədən alırdıqlarını sözlərinə əlavə edib: "Çünki heç kim bu gün bizə bir həftə əvvəl boşda qalan Lionel Messini təklif edə bilməz. Hamı bilir ki, tələblər fərqlidir. Dünyada müxtəlif agentlər və menecerlər tələblərimizə cavab verən oyunçuları təklif edir. Məşqçilər korpusu bizə məlumat verəndən sonra danışıqlara keçirik. Təxminən bilirik ki, futbolçu nələr istəyir".

Klub rəsmisi bildirib ki, futbolçunu məşqçiyə bəyəndirmək onun işi deyil: "Futbolçu öz oyunu ilə bəyənilməlidir. Kamran Quliyev yalnız imza ata bilər. Mən bildiyim qədər bütün klublar belə işləyir. Ən böyük problem futbolçuların özündədir. Biz müəyyən büdcə ayırmışıq. Əgər həmin məbləğ 3-4 nəfər üçün nəzərdə tutulubsa, deməli, 3 və ya 4 nəfər gətirməlisən. Həmin məbləğ isə tamamilə yetərlidir. Sənin bəyəndiyin futbolçu 5 nəfərin məbləğindədirsə, heyəti formalaşdırmaq çətin olacaq. Oyunçu var ki, real bazar qiyməti 200-300 mindir. Azərbaycana çatanda isə 800 min istəyir. Bunu tək mən demirəm. Azərbaycan çempionatında o pullar yoxdur".

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
22:20

"Qarabağ" növbəti transferini açıqladı - RƏSMİ

22:10

"Qarabağ" növbəti yoxlama oyununda qüvvəsini sınayıb

21:50

Türkiyəli gənc ulduza Avropa nəhəngləri elçi düşüb

21:15

"Liverpul"un sabiq futbolçusu yenidən İngiltərədə

20:45

"Arsenal"ın ulduzu "Fənərbağça" yolunda

20:05

UEFA Konfrans Liqası: “Zirə” - "Hayduk” matçının hakimləri məlum olub

19:17

"Sabah"ın "Sele" ilə cavab oyunu üçün planları bilindi - AÇIQLAMA

19:05

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib

18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

Facebookdan bizi izləməyi unutmayın.
X