Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, bu gün daha 8 görüş reallaşıb.
3-cü mərhələdə “Neftçi”ni mübarizədən kənarlaşdıran Finlandiyanın HİK komandası “Fənərbağça”nın qonağı olub. İstanbul təmsilçisi tək qolla qalib gəlib.
İstanbulun digər nəhəngi - “Qalatasaray” səfərdə Danimarka “Randers”i ilə bərabərə qalıb.
Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Legiya” isə rəqib meydanında Çexiyanın “Slaviya” komandası ilə münasibətlərinə aydınlıq gətirib. Tərəflər hərəyə 2 qol vuraraq heç-heçə edib.
Avropa Liqası
Pley-off mərhələsi
İlk oyunlar
19 avqust
Slaviya (Praqa, Çexiya) – Legiya (Polşa) 2:2
Omoniya (Kipr) – Antverpen (Belçika) 4:2
Randers (Danimarka) – Qalatasaray (Türkiyə) 1:1
Mura (Sloveniya) – Şturm (Avstriya) 1:3
Fənərbağça (Türkiyə) – HİK (Finlandiya) 1:0
Olimpiakos (Yunanıstan) – Slovan (Slovakiya) 3:0
Reyncers (Şotlandiya) – Alaşkert (Ermənistan) 1:0
Rapid (Avstriya) – Zarya (Ukrayna) 3:0