Bu gün səhər saatlarında Bakı şəhərini tərk edən “Xəzər Lənkəran” Bakı-İstanbul, İstanbul- Münhen aviareysləri ilə mənzil başına çatıb. Komanda təlim məşq toplanışını keçirəcəyi Bavariya vilayətinin Misbah şəhərciyinin “Best Western Premier Bayerischer Hof Miesbach” otelinə qədər olan məsafəni avtobusla qət edərək 1 saatlıq yoldan sonra Bakı vaxtı ilə saat 15-də adıçəkilən oteldə yerləşib. Sabah saat 10-da ilk məşqinə çıxacaq “Xəzər Lənkəran” hazırlığa start verəcək. Xatırladaq ki, hazırda komandanın düşərgəsinə braziliyalı qapıçı Duqlas Leyte baxışa gəlib və onun haqqında yekun qərarı hazırlıq müddətində məqşçilər korpusu qərar verəcək.
İdman24.az