Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün onuncu turun oyunları keçirilib. Şahmatçılarımızdan dördü görüşünü qələbə, üçü heç-heçə, üçü isə məğlubiyyətlə başa vurub.
Turnir cədvəlində 10 təmsilçimiz arasında ən yaxşı göstəriciyə malik Gülnar Məmmədova rusiyalı Aleksandra Maltsevskayanı yenib. Ən reytinqli şahmatçımız Günay Məmmədzadə isə almaniyalı Lara Şulzdan üstün olub. Xanım Balacayeva yunanıstanlı Yekaterini Pavlidunu, Xəyalə Abdulla rumıniyalı Stefani Matasarunu məğlub edib.
Gövhər Beydullayeva Olqa Qirya, Türkan Məmmədyarova Anna Qvançeladze (hər ikisi Rusiya), Ayan Allahverdiyeva Nia Donxvani (Gürcüstan) ilə xalı yarı bölüb.
Ülviyyə Fətəliyeva bolqarıstanlı Qerqana Peyçevaya, Zeynəb Məmmədyarova ermənistanlı Lilit Mkrtçyana, Nəsrin Babayeva rusiyalı Dina Belenkaya uduzub.
Beləliklə, xallarının sayını 7-yə çatdıran Gülnar Məmmədova turnir cədvəlində 6-cı sıraya yüksəlib. Günay Məmmədzadə 6,5 xalla 11-cidir. Gövhər Beydullayeva və Xanım Balacayeva hesabına 6, Ülviyyə Fətəliyeva 5,5, Zeynəb Məmmədyarova, Türkan Məmmədyarova, Xəyalə Abdulla 5, Nəsrin Babayeva ilə Ayan Allahverdiyeva 4 xal yaza bilib.
Avropa çempionatına sabah - avqustun 20-də yekun vurulacaq.
Qeyd edək ki, yarışın mükafat fondu 60 min avrodur.
Sahib Əsədbəyli