Avrokubokların pley-off mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi yenilənib.
Fanat.Az xəbər verir ki, Azərbaycan hesabına daha 0,375 xal yazıb. Bunun 0,250-si “Aberdin”i məğlub edən “Qarabağ”ın, 0,125-i “Makkabi” (Hayfa) ilə heç-heçə edən “Neftçi”nin payına düşür.
Bununla da ölkəmizin cari mövsümdəki qazancı 1,875-ə çatıb. “Qarabağ” 1,000, “Neftçi” 0,750, “Sumqayıt” 0,125 xal əldə edib.
Ancaq bu qazanc irəliləmək üçün yetərli olmayıb. Azərbaycan siyahıda 30-cu sırada qalıb. Düzdür, hazırda ölkəmizin əmsalı Sloveniya ilə bərabərdir. Bununla belə, Balkan təmsilçisi əlavə göstəricilərə görə bir addım öndədir. 31-ci olan Slovakiya ilə xal fərqi isə 0,500-ə qədər artıb.
Qeyd edək ki, cədvələ İngiltərə (87,926) başçılıq edir.
Mirağa