Polşa Ekstraklassasında bu gün 5-ci tura start götürüb.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Zaqlenbe”ni 4:0 hesabıyla yenib.
Krivotsyuk matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
“Visla” 5 turdan sonra 6 xalla 18 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.
Nihat