ABŞ-ın Sent-Luis şəhərində "Grand Chess Tour" seriyasının beşinci mərhələsi olan "Sinquefield Cup" (Sinkfild Kuboku) turniri davam edir.
Fanat.Az xəbər verir ki, yarışda bir günlük istirahətdən sonra bu gün altıncı turun görüşləri keçiriləcək. 2,5 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alan Şəhriyar Məmmədyarov qara fiqurlarla Dariuş Sverçlə (ABŞ) üz-üzə gələcək.
Qarşılaşmalar Bakı vaxtı ilə 00:00-da başlayır.
Qeyd edək ki, 10 şahmatçının iştirakı ilə keçirilən turnirin mükafat fondu 325 min dollardır. Qalib 90 min dollar qazanacaq.
"Sinquefield Cup"
VI tur
Dariuş Sverç (ABŞ) - Şəhriyar Məmmədyarov (Azərbaycan)
Fabiano Karuana (ABŞ) - Maksim Vaşye-Laqrav (Fransa)
Lenyer Dominges (ABŞ) - Pyotr Svidler (Rusiya)
Ceffri Şonq (ABŞ) - Uesli So (ABŞ)
Sem Şenklend (ABŞ) - Rixard Rapport (Macarıstan)
Sahib Əsədbəyli