Futbol üzrə Türkiyə 1-ci liqasında 2-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Namik Ələskərovun formasını geyindiyi “Bursaspor” da növbəti matçına çıxıb.
Bursa təmsilçisi səfərdə “Ərzurumspor”a 1:2 hesabıyla yenilib.
Namik bu görüşün iştirakçısı olmayıb. O, qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib. Bu komandanın digər yeni transferi, Azərbaycan yığmasının sabiq üzvü Ufuk Budak isə görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
“Bursaspor” 2 turdan sonra 1 xalla 19 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.