ABŞ-ın Sent-Luis şəhərində "Grand Chess Tour" seriyasının beşinci mərhələsi olan "Sinquefield Cup" (Sinkfild Kuboku) turniri davam edir.
Fanat.Az xəbər verir ki, yarışda bir günlük istirahətdən sonra altıncı turun görüşləri keçirilib. Təmsilçimiz Şəhriyar Məmmədyarov qara fiqurlarla yerli şahmatçı Dariuş Sverçlə üz-üzə gəlib. Tərəflər 42-ci gedişdə heç-heçəyə razılaşıb.
Xallarının sayını 3-ə çatdıran Məmmədyarov əvvəlki kimi turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. Maksim Vaşye-Laqrav, Lenyer Dominges və Uesli So hərəyə 4 xalla ilk "üçlük"dədir. Qrossmeysterimiz növbəti turda ağ fiqurlarla Fabiano Karuana ilə qarşılaşacaq.
Görüşlər Bakı vaxtı ilə 00:00-da başlayır.
Qeyd edək ki, 10 şahmatçının iştirakı ilə keçirilən turnirin mükafat fondu 325 min dollardır. Qalib 90 min dollar qazanacaq.
"Sinquefield Cup"
VI tur
Dariuş Sverç (ABŞ) - Şəhriyar Məmmədyarov (Azərbaycan) 0,5:0,5
Fabiano Karuana (ABŞ) - Maksim Vaşye-Laqrav (Fransa) 0,5:0,5
Lenyer Dominges (ABŞ) - Pyotr Svidler (Rusiya) 0,5:0,5
Ceffri Şonq (ABŞ) - Uesli So (ABŞ) 0,5:0,5
Sem Şenklend (ABŞ) - Rixard Rapport (Macarıstan) 0,5:0,5
Sahib Əsədbəyli