Marat İzmayılovun "Qəbələ"yə keçidi Rusiya mətbuatının ölkəmizə marağını artırıb. Bunun nəticəsidi ki, həmkarlarımız ölkəmizə gələn ən tanınmış legionerlərin siyahısını hazırlayıb.
Fanat.az xəbər verir ki, siyahıda 19 futbolçu yer alıb. Rusiya mediası ölkəmizə legioner axınının başladığı 2004-cü ildən bu yana araşdırma aparıb. Həmin futbolçuların ölkəmizdə necə çıxış etməsi yox, bura gəlməzdən əvvəlki karyeraları nəzərə alıb.
Bu futbolçulardan hazırda 4-ü ölkəmizdə karyerasını davam etdirir. Belə ki, İqor Mitreski "Neftçi"nin, Aleksandr İaşvili "İnter"in, Lorenzo Ebesilio və Marat İzmayılov "Qəbələ"nin formasını geyinir.
Laki İdahor (İnter, 2004-2006)
Artyom Bezrodnı (MKT-Araz, 2005)
Andrey Ştoltsers, (Bakı, 2005-2006)
Mixail Starostyak (Simurq, 2007-2009)
Valentin Belkeviç (İnter, 2008-2009)
Dmitri Kruqlov (Neftçi, 2008-2010; İnter, 2010-2011)
Georgi Demetradze (Bakı, 2008-2010)
Andrey Rubin (İnter, 2008-2010; Qarabağ, 2010-2011; Simurq, 2011-2012)
Robertas Poşkus (İnter, 2009-2011; Simurq, 2011-2012)
İqor Mitreski (Neftçi, 2010-)
Emil Mpenza (Neftçi, 2010-2012)
Uintson Parks (Xəzər-Lənkəran, 2010-2011; Bakı, 2011-2012)
Deon Barton (Qəbələ, 2010-2012)
Deyvidas Çesnauskis (Bakı, 2011)
Maris Verpakovski (Bakı, 2011-2012)
Nenad Kovaçeviç (Bakı, 2012)
Aleksandr İaşvili (İnter, 2013-)
Lorenzo Ebesilio (Qəbələ, 2013-)
Marat İzmayılov (Qəbələ, 2014-)
Fanat.az