Ötən ilin sonunda Azərbaycan Şahmat Federasiyası ilə müqaviləsi bitən Arkadi Naydiç hələ də federasiyadan maaş alır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Naydiçlə müqavilə 2020-ci ilin sonunda bitib, ancaq hələ də FİDE-nin siyahısında Azərbaycan şahmatçısı kimi təqdim olunur.
Arkadi Naydiçin 2015-ci ildə bağlanan müqaviləyə əsasən, məvacibi də bəllidir. O, 5 il ərzində hər ay 8 min avro əməkhaqqı alıb və belə görünür, almaqda davam edir.
Qeyd edək ki, Latviyada anadan olan Naydiç hazırda israilli həyat yoldaşı ilə birlikdə Yunanıstanda yaşayır.
Mirağa