Avstriyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, AÇ-2023-ün seçmə mərhələsində Azərbaycan yığmasına rəqib olan avstriyalıların baş məşqçisi Verner Qreqoriç 23 futbolçuya dəvət göndərib.
Avstriya sentyabrın 3-də Norveçlə qarşılaşdıqdan sonra ayın 7-də Rid İm İnnkreys şəhərindəki "Josko Arena"da Azərbaycanı qonaq edəcək.
Verner Qreqoriç sentyabrdakı seçmə matçlarda aşağıdakı heyətə güvənəcək:
Qapıçılar: Lukas Qutlbauer (FAC), Niklas Hedl (“Rapid”), Belmin Yençiragiç (“Flyeralarm Admira”);
Müdafiəçilər: David Affenqruber (“Puntiqamer Şturm”), Emanuel Ayvu (“Flyeralarm Admira”), Yonas Auer (“Rapid”), Flavius Daniliuç (“Nitsa”, Fransa), Niklas Qeyrhofer (“Puntiqamer Şturm”), Leo Qreyml (“Rapid”), Kristof Klarer (“Fortuna”, Almaniya), David Nemet (“Mayns”, Almaniya), Lukas Sulzbaxer (“Rapid”);
Yarımmüdafiəçilər: Tyerno Ballo (“Çelsi”, İngiltərə), Vesel Demaku (“Avstriya”), Aleksander Prass (“Puntiqamer Şturm”), Romano Şmid (“Verder”, Almaniya), Nikolas Seyvald (“Zalsburq”), Matteus Taferner (“Pellets”), Patrik Vimmer (“Arminiya”, Almaniya);
Hücumçular: Junior Adamu (“Zalsburq”), Tobias Anselm (“Tirol”), Luka Kronberger (“Flyeralarm Admira”), Tomas Sabitzer (“Tirol”).
Mirağa