ABŞ-ın Sent-Luis şəhərində "Grand Chess Tour" seriyasının beşinci mərhələsi olan "Sinquefield Cup" (Sinkfild Kuboku) turniri davam edir.
Fanat.Az xəbər verir ki, yarışda yeddinci turun görüşləri keçirilib. Təmsilçimiz Şəhriyar Məmmədyarov ağ fiqurlarla yerli şahmatçı Fabiano Karuana ilə üz-üzə gəlib. Qarşılaşma 38-ci gedişdə rəqibin qələbəsi ilə yekunlaşıb.
Bununla da Məmmədyarov bir pillə geriləyərək turnir cədvəlində 7-ci yerdə qərarlaşıb. Sona iki tur qalmış sıralamaya 5 xalla Maksim Vaşye-Laqrav başçılıq edir. Fabiano Karuana, Lenyer Dominges və Uesli So hərəyə 4,5 xal toplayıblar.
Qrossmeysterimiz növbəti turda qara fiqurlarla Cefri Şonq ilə qarşılaşacaq.
Görüşlər Bakı vaxtı ilə 00:00-da başlayır.
Qeyd edək ki, 10 şahmatçının iştirakı ilə keçirilən turnirin mükafat fondu 325 min dollardır. Qalib 90 min dollar qazanacaq.
"Sinquefield Cup"
VII tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Fabiano Karuana (ABŞ) 0:1
Rixard Rapport (Macarıstan) - Lenyer Dominges (ABŞ) 0,5:0,5
Uesli So (ABŞ) - Sem Şenklend (ABŞ) 0,5:0,5
Pyotr Svidler (Rusiya) - Dariuş Sverç (ABŞ) 1:0
Maksim Vaşye-Laqrav (Fransa) - Ceffri Şonq (ABŞ) 1:0
Sahib Əsədbəyli