13:58 03.02.2014 856

Topaz Premyer Liqasında 12-ci türk mütəxəssis (STATİSTİKA)

“Rəvan”ın türkiyəli baş məşqçisi Güvənc Kurtar Topaz Premyer Liqasında debüt edib. Fanat.az xəbər verir ki, XIX turun “Bakı” ilə qarşılaşması türkiyəli mütəxəssis üçün çempionatda birinci oyun olub. 1:5 hesablı məğlubiyyətə üzülən əcnəbi çalışdırıcı Premyer Liqa tarixinin 46-cı əcnəbi baş məşqçisi olub.

Cari mövsümədək 42 xarici mütəxəssisin çalışdığı çempionatda Milinko Pantiç (“Bakı”) və Yuri Syomin (“Qəbələ”) startda, Mustafa Dənizli (“Xəzər Lənkəran”) isə ötən ilin sonlarında debüt etmişdi. Onların ardınca mövsümün 4-cü debütantı olan Kurtar bu rəqəmi 46-ya çatdırıb.

Kurtar Premyer Liqada çalışan 12-ci türkiyəlidi. Ona qədər Rasim Kara (“Qarabağ” və “Xəzər Lənkəran”), Naci Şensoy, Mustafa Yılmaz (hər ikisi “Turan”), Fatih Kavlak (“Qəbələ”), Bülənt Korkmaz (“Bakı”), Cüneyt Biçər (“Bakı” və “Xəzər Lənkəran”), Mehmet Tayfun Türkmən (“Gənclərbirliyi”), Cavad Gülər (“Rəvan”), Şenol Fidan, Mustafa Dənizli (hər ikisi “Xəzər Lənkəran”), Fuad Yaman (“Karvan”) Azərbaycan çempionatında çalışıb.

Ümumilikdə isə çempionatda 18 ölkədən olan məşqçilər fəaliyyət göstərib: Türkiyə - 12, Ukrayna - 7, Gürcüstan, Serbiya - hərəsi 4, Almaniya - 3, Bosniya və Herseqovina, Rusiya, İspaniya - hərəsi 2, Çexiya, Əlcəzair, İngiltərə, Latviya, Litva, Makedoniya, Moldova, Rumıniya, Xorvatiya, Uels - hərəsi 1.

Kurtar “Rəvan”ın tarixində 3-cü əcnəbi baş məşqçidi. Ona qədər həmyerlisi Cavad Gülər və bosniyalı Kemal Alispahiç də paytaxt klubunda çalışıb. Ümumilikdə isə Azərbaycanın 17 klubu Premyer Liqada gəlmə çalışdırıcıya güvənib: “Xəzər Lənkəran” - 8, “Bakı” - 7,  “İnter”, “Simurq” , “Qəbələ” - hərəsi 4, “Gənclərbirliyi” , “Neftçi”, “Standard”, “Turan” , “Rəvan” - hərəsi 3, “Muğan”, AZAL - hərəsi 2, “Karvan”, “Masallı”, “MKT-Araz”, “Qarabağ”, “Sumqayıt” - hərəsi 1.

Qeyd edək ki, 5 mütəxəssis - Kaxaber Tsxadadze, Cüneyt Biçər, Rasim Kara, Qyoko Hacievski və Kemal Alispahiç Premyer Liqada 2 klubda çalışıb.

pfl.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
23:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

Facebookdan bizi izləməyi unutmayın.
X