Almaniyanın Qərb Regional Liqasında 3-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke 04”ün ikinci komandası da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda Mönhenqladbax “Borussiya”sının ikinci komandasını 1:0 hesabıyla yenib.
Meydana start "11-lik"də çıxan Rüfət matçın 73-cü dəqiqəsində komandasının qələbə qolunu vurub. O, 80-ci dəqiqədə əvəzlənib.
Nihat