“Qarabağ” bu gün Avropa Konfrans Liqasında növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı kollektiv Şotlandiyada “Aberdin”lə üz-üzə gəlib.
Bakıda keçirilən ilk matçda 1:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisinə mərhələ adlamaq üçün heç-heçə də sərf edirdi.
Qurban Qurbanovun yetirmələri 3:1 hesablı qələbə qazanaraq Konfrans Liqasının qrup mərhələsində oynamaq hüququna yiyələnib.
Bununla da son 7 ildə bir dəfə Çempionlar Liqası, altı dəfə Avropa Liqasının qrupunda mübarizə aparan “Qarabağ” uğurlu seriyasını davam etdirməyi bacarıb.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi
Cavab oyunu
26 avqust
22.45 Aberdin (Şotlandiya) - Qarabağ (Azərbaycan) 0:3
Qollar: Luis Ferqyusson, 90+2 - Toral Bayramov, 8. Kadi Malinovski, 18. Abdullah Zubir, 72.
"Aberdin": 1. Co Lyuis, 2. Ross Makkrori, 3. Cek Makkenzi, 5. Deklan Qallaher, 8. Skott Braun, 9. Kristian Ramires, 16. Funso Oyo, 19. Luis Ferqyusson, 22. Kalvin Ramzi, 20. Teddi Cenks, 17. Conni Heys
Ehtiyat oyunçular: 25. Qari Vuds, 30. Tom Ritçi, 10. Nayall Makqin, 15. Dilan Makqiox, 17. Conni Heys, 18. Konnor Maklennan, , 21. Cek Gerr, 24. Din Kempbell, 31. Kiran Nqvenya, 35. meyson Henkok, 14. Cey Emmanuel-Tomas
Baş məşqçi: Stiven Qlass
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 81. Kevin Medina, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 2. Qara Qarayev, 18. İsmayıl İbrahimli, 10. Abdullah Zubir, 20. Kadi Borqes, 11. Xayme Romero, 77. Ramil Şeydayev
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Panadero Zamora, 22. Musa Qurbanlı, 19. Filip Ozobiç, 29. Marko Veşoviç
Baş məşqçi: Qurban Qurbanov
Hakimlər: Harald Lexner, Andreas Haydenrayx, Maksimilian Kolbiç, Yulian Vaynberger (Avstriya).
Aberdin, "Pittodri" stadionu.
İlk oyun - 0:1.