Bu gün AFFA-nın İntizam Komitəsinin iclası baş tutub.
Fanat.Az xəbər verir ki, toplantıda Premyer Liqanın son turunda baş verənlər müzakirə olunub.
“Qəbələ” – “Keşlə” oyununda meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Zirə” – “Neftçi” oyununda isə qonaqların 5 üzvünə xəbərdarlıq edilib. Beləliklə, "Neftçi" də 800 manat cərimələnib.