Bu gün İslandiyanın paytaxtı Reykyavikdə şahmat üzrə fərdi Avropa çempionatı start götürəcək.
Fanat.Az xəbər verir ki, yarışda Azərbaycanı 6 şahmatçı təmsil edəcək. Bunlar Nicat Abbasov, Rauf Məmmədov, Vasif Durarbəyli, Nicat Məmmədov, Aydın Süleymanlı və Riyad Səmədovdur.
Qeyd edək ki, İsveçrə sistemi üzrə 11 turdan ibarət yarışa sentyabrın 5-də yekun vurulacaq. Mükafat fondu 100 min avrodur. Qalib 20 min qazanacaq.
Sahib Əsədbəyli