ABŞ-ın Sent-Luis şəhərində "Grand Chess Tour" seriyasının beşinci mərhələsi olan "Sinquefield Cup" (Sinkfild Kuboku) turniri başa çatıb.
Fanat.Az xəbər verir ki, təmsilçimiz Şəhriyar Məmmədyarov son turda ağ fiqurlarla fransalı Maksim Vaşye-Laqravla üz-üzə gəlib. Tərəflər 25-ci gedişdə "sülh bağlayıb".
Beləliklə, Məmmədyarov turniri 4 xalla yeddinci yerdə başa vurub. Maksim Vaşye-Laqrav 6 xalla birinci olub.
Qeyd edək ki, 10 şahmatçının iştirakı ilə keçirilən turnir üçün 325 min dollar mükafat fondu nəzərdə tutulub. Qalib 90, Məmmədyarov isə 17 500 dollar qazanıb.
"Sinquefield Cup"
IX tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Maksim Vaşye-Laqrav (Fransa) 0,5:0,5
Sem Şenklend (ABŞ) - Dariuş Sverç (ABŞ) 0,5:0,5
Uesli So (ABŞ) - Lenyer Dominges (ABŞ) 0,5:0,5
Pyotr Svidler (Rusiya) - Ceffri Şonq (ABŞ) 0,5:0,5
Rixard Rapport (Macarıstan) - Fabiano Karuana (ABŞ) 0,5:0,5
Sahib Əsədbəyli