İslandiyanın paytaxtı Reykyavikdə şahmat üzrə fərdi Avropa çempionatı başlayıb.
Fanat.Az xəbər verir ki, Azərbaycanın altı təmsilçisindən dördü ilk turu qələbə ilə başa vurub.
Nicat Abbasov Viqnir Stefansson, Vasif Durarbəyli Torsteyn Torsteynsson (hər ikisi İslandiya), Aydın Süleymanlı Tomas Nilsen (Danimarka), Rauf Məmmədov Tarun Kanyamaralanı(İrlandiya) məğlub edib.
Nicat Məmmədov yunanıstanlı Dimitrios Pappelis, Riyad Səmədov İvan Sariçlə "sülh bağlayıb".
Qeyd edək ki, İsveçrə sistemi üzrə 11 turdan ibarət yarışa sentyabrın 5-də yekun vurulacaq. Mükafat fondu 100 min avrodur. Qalib 20 min qazanacaq.
Sahib Əsədbəyli