I Divizionun hazırlıqlarını davam etdirən "Kəpəz" gələn həftə Bakıda iki yoxlama oyunu keçirəcək.
Fanat.Az-ın məlumatına görə, "sarı-göylər" paytaxt klubları ilə gücünü sınayacaq. Yaşar Vahabzadənin komandası əvvəlcə avqustun 30-da divizion təmsilçisi MOİK-lə qarşılaşacaq. Gəncəlilər ikinci oyununu sentyabrın 5-də Premyer Liqa komandasına - "Səbail"ə qarşı keçirəcək.
Qeyd edək ki, "Kəpəz" hazırlıq dönəmində "Mübariz" (10:0) və "Zaqatala" (2:1) ilə oyun keçirib.
Mirağa