Avropa Liqasında 2021/2022 mövsümünün qrup mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin çıxış etdiyi Varşava "Legiya"sının da rəqibləri məlum olub. Sonuncu səbətdə yer alan Polşa təmsilçisi C qrupunda İtaliya "Napoli"si, İngiltərə "Lester"i və Rusiya "Spartak"ına rəqib olub.
Qeyd edək ki, qrup mərhələsinin oyunları 16 sentyabr, 30 sentyabr, 21 oktyabr, 4 noyabr, 25 noyabr və 9 dekabrda olacaq.
Mirağa