17:58 27.08.2021 3163

Konfrans Liqası: "Qarabağ"ın rəqiblərini tanıyaq

Konfrans Liqasının qrup mərhələsinə yüksələn "Qarabağ"ın rəqibləri bəlli olub. 

H qrupunda mübarizə aparan Ağdam təmsilçisi "Bazel" (İsveçrə), "Kayrat" (Qazaxstan) və "Omoniya" (Kipr) klubları ilə qarşılaşacaq. 

Fanat.Az rəqiblərimiz haqqında ən maraqlı məlumatları diqqətinizə çatdırır: 

"Bazel"

127 yaşlı klubun təməli 12 noyabr 1893-cü ildə Roland Geldner tərəfindən qoyulub.

1980-ci illərin əvvəllərindən "Bazel" 20 illik staqnasiya yaşayıb. Komanda nə ölkə çempionatının, nə də kubokun qalibi ola bilib. Heç mükafatçılar sırasına da düşməyən klub bir neçə il ardıcıl olaraq aşağı divizionda da çıxış edib.

2002-ci ildə isə"qızıl dubl" edərək həm ölkə kubokunun, həm də daxili çempionatın qalibi olmağı bacarıb.

"Bazel" 2005/06 mövsümündə UEFA Kubokunda 1/4 finala yüksəlib.

Ölkə xaricində klubun nailiyyətləri Avropa Kubokunun (İndiki ÇL) 1/4 finalçısı (1973/74) və UEFA Avropa Liqasının yarımfinalçısı (2012/13) olmaqdır. 

Ötən mövsüm komanda İsveçrə Superliqasında 53 xal yığaraq çempionatın gümüş mükafatçısı olub.

UEFA Konfrans Liqasının pley-off mərhələsində "Hammarbi"ni (İsveç) penaltilər seriyasında yenərək qrup mərhələsinə vəsiqə qazanıb.

Komanda ev oyunlarını Bazel şəhərində yerləşən "Sent - Yakob" stadionunda keçirir.

Klubun baş məşqçisi isveçrəli veteran futbolçu Patrik Rahmendir. Mütəxəssis əsasən hücum futboluna üstünlük verir. Komandasi istər evdə, istərsə də səfərdə 4-3-3 sxemi ilə oynayır. Ən azı keçirdiyi (bütün turnirlərdə) son 10 oyunda bu sistemi təqdib edib.

Cari mövsüm keçirilən 11 rəsmi görüşdə 36 dəfə rəqib qapısına yol tapıb və cəmi 9 qol buraxıb.

"Bazel"in heyəti hazırda yaxşı təşkil olunmuş müdafiə və hücum xəttinə malikdir.

Komandanın hazırda ən təhlükəli futbolçusu 23 yaşlı braziliyalı Artur Kabraldır. Futbolçu klubun əsas təhlükəli silahıdır. Futbolçu cari mövsüm daxili çempionatda 7 qol vurub. Kabral bundan əlavə İsveçrə Superliqasında da yüksək göstəricilərə malikdir.

Qrupda "Qarabağ"ın ən çətin rəqibidir desək, yalan olmaz.

"Kayrat" 

Növbəti rəqibimiz üçqat Qazaxıstan çempionu, 9 dəfə ölkə kuboku və 2 dəfə Qazaxıstan Super Kubokunun qalibi olmuş Almatanın "Kayrat" klubudur.

Komanda əvvəlcə 1954-cü ildə "Almata Dinamo" idman bazasında "Lokomotiv Almata" kimi yaradılıb. 1955-ci ildə isə adı "Urojay" olaraq dəyişdirilib. Ancaq bir il sonra - 1956-cı ildən "Kayrat" adı altında çıxış etməyə başlayır. Bu adı kimin təklif etdiyi məlum deyil.

Komandanın Avropada heç bir nəaliyyəti yoxdur. Avropa kubokları uğrunda keçirilən heç bir yarışlarda qrup mərhələsinə vasiqə qazana bilməyən "Kayrat"ın yeganə nailiyyəti 2015/16 mövsümündə UEFA Avropa Liqasının pley-off mərhələsi olub ki, burada da yarışı dayandırıb.

Cari mövsüm yarışa ÇL-in təsnifat mərhələsindən başlayan klub sonda UEFA Konfrans Liqasının qrupuna vəsiqə qazana bilib.

Komanda ev oyunlarını Almata Mərkəzi Stadionunda keçirir.

Komandanın baş məşqçisi kluba yeni gəlmiş və yerli azarkeşlərə yaxşı tanış olan təcrübəli mütəxəssis Kurban Berdiyevdir.

"Kayrat" ötən mövsüm 20 oyuna 45 xal yığaraq çempionatın qalibi olub.

Komanda cari mövsümün oyunlarında əsasən 4-3-3 sxeminə üstünlük verir (2 oyunu 4-4-2 sxemi ilə oynayıb).

Bu il Avropa turnirlərindəki çıxışı komandanın stabil heyətə malik olmadığını göstərir. Müdafiədə ciddi boşluqları mövcuddur. 

Komandanın əsas silahı olan 37 yaşlı braziliyalı hücumçu Vagner Lavdır. Təcrübəli futbolçunun faydalı iş əmsalı digər futbolçulara nisbətən daha cəlbedicidir.

"Omoniya Nikosiya"

Yunanıstanda vətəndaş müharibəsi ilə bağlı mövqeləri üst-üstə düşməyən APOEL klubunun üzvləri 1948-ci ildə iki düşərgəyə bölünür. Nəticədə kommunizm tərəfdarları klubdan ayrılaraq "Omoniya" adında öz komandalarını yaradıb ayrıca fəaliyyətə başlayırlar.

1953-1954 mövsümündə "Omoniya" aşağı diviziona düşməkdən güclə yaxa qurtarır. 9 komandanın iştirak etdiyi çempionatda 7-ci sırada yer alan komanda növbəti 10 ildə ən yaxşı nəticəsini 1956-57 mövsümündə 3-cü yeri tutmaqla göstərir.

2019/20 mövsümündə "Omoniya" daxili çempionatda birinci yeri tutur və Çempionlar Liqasının təsnifat mərhələsinə vəsiqə qazanır. Pley-off mərhələsində nikosiyalılar Yunanıstanın "Olimpiakos" klubuna məğlub olur və tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə düşür. Turnirdə uğursuz çıxış edən klub qrup sonuncusu olaraq mübarizəni dayandırır.

"Omoniya" ev oyunlarını "GSP Omonia" stadionunda keçirir.

Klub ötən mövsüm 79 xalla Kipr çempionatının lideri olub.

Avropa səfərini ÇL-in təsnifatında başlayan komanda hazırda UEFA Konfrans Liqasında "Qarabağ"ın rəqibidir.

Klubun baş məşqçisi norveçli Henninq Berqdir.

"Omoniya" rəqibdən asılı olaraq fərqli sxemlərlə oynamağa çalışır. Keçirdiyi son 7 oyunda 4-4-2, 4-4-3, 5-4-1 sxemlərindən istifadə edib.

Komandanın əsas silahları 20 yaşlı Andronikos Kakullis və 30 yaşlı Marko Şçepoviçdir. 

 

Xatırladaq ki, UEFA Konfrans Liqasında qrup mərhələsinin oyunları sentyabr ayının 16-sı başlayacaq.

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

09:48

"Ciddi niyyətlərimiz və planlarımız var" - "Araz-Naxçıvan"ın baş məşqçisi ÇL-in püşkünü dəyərləndirdi

09:25

Klublararası dünya çempionatı: 1/4 final mərhələsi başlayır

09:00

"Əl-Şabab" Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X