Murad Ağakişiyevin yeni klubu müəyyənləşib. Fanat.az xəbər verir ki, milli komandamızın sabiq üzvü karyerasını I divizionda davam etdirəcək. Belə ki, 28 yaşlı yarımmüdafiəçi "Neftçala"ya keçib.
Qeyd edək ki, Muradın son iş yeri digər I divizion təmsilçisi "Qaradağ" olub. O, əvvəllər "Şəfa", MOİK, "MKT Araz", "Qarabağ", "Karvan", "Standard", "Abşeron" və "Turan"da çıxış edib, 2007-ci ildə milli komandada bir oyun keçirib.
Fanat.az