Mustafa Dənizli ambulans təyyarə ilə İstanbula aparılması barədə yayılan xəbərləri təkzib edib. Fanat.az öxəbər verir ki, türk mütəxəssis Anadolu Agentliyinə açıqlamasında hətta xəstəxanaya yerlişdirilməsi ilə bağlı xəbərlərin belə yalnış olduğunu bildirib.
Qrip virusuna yoluxduğu üçün xəstəxanaya aparılması barədə yayılan xəbərlərin həqiqət olmadığını deyən Dənizli bu informasiyalara güldüyünü qeyd edib: "Xəbərləri görüncə çox güldüm. Mən Azərbaycana həmişə eyni təyyarə ilə gəlmişəm. Ümumi müayinədən keçmək üçün gəlmişəm. Gəlmişkən qripdən də müalicə olundum. Sabah dönürəm. Səhhətim normaldı, istirahətimi davam etdirirəm".
Mustafa Dənizlinin xəstəxanaya yerləşdirilməsi barədə xəbərləri "Xəzər Lənkəran" rəsmiləri son 3 gündə verdikləri açıqlamalarla dəfələrlə təsdiqləyiblər. Hətta vitse-prezident Tuyqun Nadirov baş məşqçinin yüksək təzyiq səbəbindən həkim nəzərətində olduğunu da deyib. İndi isə baş məşqçi Türkiyədən fərqli açıqlama verərək, mətbuatın yalan məlumat yaydığını deyir.
Fanat.az