Azərbaycanlı futbolçu Amin Qarayev Gürcüstan millisində oynamağa qərar verib.
Fanat.Az xəbər verir ki, gənc futbolçu artıq qonşu ölkəsinin 17 yaşadək futbolçulardan ibarət millisində debüt edib. Gürcüstan U-17-sinin heyətində yer alan Amin "Bannikov Cup" çərçivəsində Özbəkistanla keçirlən matça çıxıb. Futbolçu debüt matçında iki qol ötürməsi verib. Oyun gürcülərin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, əvvəllər "Qarabağ"ın akademiyasında futbolun sirrlərini öyrənən Amin Qarayev iki ildir Tiflis "Dinamo"sunda çıxış edir.
Pərvin