Futbol üzrə Ukrayna Premyer Liqasında 6-cı turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçular – Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin formasını geyindiyi “Minay” da növbəti matçına çıxıb.
Minay kəndinin təmsilçisi Donetsk “Şaxtyor”unu qəbul edib. Oyun 1:1 hesablı heç-heçı ilə bitib.
Rüstəm bu oyuna start heyətdə başlayıb və 89-cu dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da 76-cı dəqiqədə məhz millimizin hücumçusu vurub. Eldar isə 61-ci dəqiqədə oyuna qoşulub. O, 90+1 və 90+5-ci dəqiqələrdə iki sarı vərəqə alaraq meydandan qovulub.
6 tura 5 xal toplayan “Minay” turnir cədvəlində 16 iştirakçı arasında 11-ci pillədə mövqe tutub. Sözügedən komandanın əvvəlki turlardan təxirə salınmış bir oyunu da var.