21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Fanat.Az xəbər verir ki, "Qəbələ"nin futbolçusu Rüfət Əhmədovun adı AÇ-nin seçmə mərəhələsinin oyunları üçün açıqlanan heyətdən çıxarılıb.
AFFA-nın saytı 21 yaşlı hücumçunun səhhəti ilə əlaqədar yığmadan kənarlaşdırıldığını açıqlayıb.
Qeyd edək ki, U-21 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 2-də Velika Qoritsa şəhərindəki şəhər stadionunda Xorvatiya, sentyabrın 7-də isə Rid-innkreys şəhərindəki “Josko Arena”da Avstriya yığması ilə qarşılaşacaq.
Mirağa