Türkiyənin I Liqasında çıxış edən Namik Ələskərov son turda "Bursaspor"da debütünü gerçəkləşdirdi.
Fanat.Az-ın məlumatına görə, "Eyubspor"a (0:2) məğlub olduqları görüşdə futbolçumuzun statistik göstəriciləri açıqlanıb.
* Liqanın 3-cü həftəsində "Eyupspor"la maçtda Namik 69 dəqiqə meydanda qalıb.
* Oyunda qaldığı müddətdə inamlı görünüşü ilə diqqət çəkən Ələskərov 34 dəfə topa təmas edib.
* 88 faizlik ötürmə dəqiqliyi ilə diqqət çəkən futbolçu 1 dəqiq asma gerçəkləşdirib.
* 2 dəfə uzun ötürmə edən 26 yaşlı futbolçu bunların 1-də dəqiq olub.
* 5 dəfə ikili mübarizəyə girən Namik bunların 2-ni qazanmağı bacarıb.
* 7 dəfə top itirən Ələskərov 2 dəfə də rəqibdən top "oğurlayıb".
Mirağa