2021/22-ci illər mövsümünün hazırlıqlarını davam etdirən "Turan Tovuz" təlim-məşq toplanışının ikinci mərhələsi üçün Bakıya yollanıb.
Fanat.Az xəbər verir ki, paytaxtda 4 gün qalacaq əyalət təmsilçisi yoxlama görüşündə qüvvəsini sınayacaq.
I Divizion klubunun baş məşqçisi Rövşən Babayev saytımıza açıqlamasında bildirdi ki, komanda sabah 17:00-da "Sumqayıt-2" kollektivi ilə üz-üzə gələcək.
Qeyd edək ki, klub 8 futbolçu - Fərmayıl Əliyev, Elxan Qasımov, Elvin İsmayılov, Rövşən Şahmuradov, Məhərrəm Orucov, Faiq Hacıyev, Yusif Cəfərov, Sadiq Şəfiyev ilə əsas heyətə cəlb edərək müqavilə imzalayıb.
Xatırladaq ki, "Turan Tovuz" ötən mövsüm I Divizionda 51 xalla bürünc mükafatın sahibi olub.
Emin Şəmsiyev