"Sabah" klubu məşqlərini "Bank Respublika Arena"da davam etdirir".
Bu sözləri Fanat.Az-a paytaxt təmsilçisinin mətbuat katibi Elnur Həmidov deyib.
Millimizin DÇ-2022-nin seçmə mərhələsində oyunlarında görə çempionatda yaranan fasilədən istifadə edən komanda yoxlama oyununda qüvvəsini sınayacaq.
"Fasilə müddətində bir yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Sentyabrın 4-də "Sumqayıt"la qarşılaşacağıq", - deyə Həmidov bildirib.
Qeyd edək ki, Preymer Liqanın ilk iki turunda məğlub olan "Sabah" turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Xatırladaq ki, Azərbaycan yığması sentyabrın 1-i Lüksemburq, 4-ü İrlandiya, 7-si isə Portuqaliya ilə qarşılaşacaq.
Röya