AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında ölkə çempionatının XIX turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Rəvan"la oyunun 62-ci dəqiqəsində "Bakı"nın futbolçusu Təyyar Məmmədov, "Simurq"la matçın 90+1-ci dəqiqəsində "Neftçi"nin üzvü Ruslan Sorokin idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alıb. Hər iki oyunçu 1 oyunluq cəzalandırılıb, klubları 100 manat cərimələnib.
"İnter" isə AZAL-la oyunda 5 futbolçusu sarı vərəqə aldığından 500 manat cərim edilib.
Fanat.az