AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası baş tutub.
Fanat.Az xəbər verir ki, toplantıda “Keşlə” klubu tərəfindən verilmiş apellyasiya şikayətinə baxılıb və təmin edilməyib.
Beləliklə, tribunal İntizam Komitəsinin 26 avqust tarixində “Keşlə” Futbol Klubu və klubun oyunçusu Şəhriyar Əliyev barədə verdiyi qərarı qüvvədə saxlayıb.
Qeyd edək ki, Şəhriyar Əliyev "Qəbələ" ilə II turun oyununda hakimi təhqir edib. AFFA-nın İntizam Komitəsi birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdıran müdafiəçini 4 oyunluq uzaqlaşdırılıb. Həmçinin, Şəhriyarın davranışına görə klubu 3200 manat cərimə olunub.
Mirağa