"İlk dövrədə çətin oyunlarımız oldu. Mənim üçün ən çox yadda qalan Azərbaycan kubokunda "Ağsu" və "Simurq"a qarşı keçirdiyimiz oyunlardı. Həmin görüşlərdə 120 dəqiqə mübarizə apardıq və meydanı qalib tərk etdik. Bu, bizim nə qədər əzmkar olduğumuzun göstəricisidi". Fanat.az xəbər verir ki, bu sözləri "Araz"ın futbolçusu Elmin Çobanov deyib.
Komandanın ilk dövrədəki 15 oyununun hamısında meydanda olan və azarkeşlər tərəfindən "katyuşa" adlandırılan yarımmüdafiəçi Premyer Liqaya vəsiqə qazanmaq istəyir: "I divizionda asan rəqib yoxdu, sadəcə onlara qarşı ciddi hazırlaşmaq lazımdı. Biz bunu etdik və bəhrəsini də görməkdəyik. İnşallah Premyer Liqaya vəsiqə qazanıb, gücümüzü orda göstərərik".
Qeyd edək ki, Elmin Çobanov 15 turun 10-da 90 dəqiqəni əvəzedilmədən keçirib və 1225 dəqiqə meydanda qalıb. Cari ildə o 4 qola imza atıb ki, onun da 1-i Azərbaycan kubokun 1/16 mərhəsindəki "Ağsu" matçına təsadüf edir.
Fanat.az