Futbol üzrə Lüksemburq yığmasının baş məşqçisi Lük Holts DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında belə danışıb:
“İlk hissədə oyuna daha çox nəzarət edən tərəf biz idik. Əlbəttə, bunda erkən qol vurmağımızın da rolu var idi. Komandamın oyununda razı qaldım. İkinci hissədə rəqibin daha çox üzərimizə gələcəyini gözləyirdik. Elə də oldu. Azərbaycam yığması cərimə zərbəsindən baxımlı qol vuraraq hesab arasındakı fərqi azaltdı. Xüsusilə, oyunun sonları bizim üçün asan keçmədi. Üç oyuna 6 xal yığmışıq. Təbii, bu nəticə məni olduqca qane edir”.