Fanat.Az "Tarixdə bu gün" rubrikası çərçivəsində 3 sentyabr idman tarixində baş verən əlamətdar hadisələri sizə təqdim edir:
SSRİ-i futbol tarixinin erkən qolu
SSRİ çempionatında Almatının "Kayrat" və Kiyevin "Dinamo" klublarının qarşılaşması zamanı ev sahibinin hücumçusu Yevstafiy Pahlevanidi görüşün 10-cu saniyəsində hesabı açıb.
Viktor Çanovun qoruduğu qapıdan keçən top SSRİ çempionatlarında erkən vurulan qol kimi tarixə düşüb. Görüş "Kayrat"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Formula 1" tarixində ilk çempionluq
Tarixdə ən birinci F1 yarışı "Alfa Romeo" komandasın italiyalı pilotu Cüzeppe Farinanın çempionluğu ilə nəticələnib.
113 gün davam edən yarış may ayının 13-ü başlayıb və 1950-ci ilin bu günü başa çatıb.
Samuel Kuffur (Samuel Kuffour).
1976-cı ilin bu günü Olimpiya Oyunlarının bürünc mükafatçısı (1992), Çempionlar Liqasının qalibi (2001), Almaniya çempionu (2004), Almaniya çempionatının gümüş mükafatçısı (2005) qanalı futbolçu Samuel Kuffur dünyaya gəlib.
Müdafiəçi daha çox Almaniyanın "Bayern Münhen" klubundakı oyunu ilə tanınır. "Rekordmeister"in heyətində keçirdiyi 208 oyuna 9 qolla yadda qalan futbolçu klubun fəxri üzvləri sırasındadır.
Emin Şəmsiyev