Azərbaycan millisinin yarımmüdafiəçisi Emin Mahmudov DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İrlandiyaya qarşı keçiriləcək səfər oyunula bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, “Neftçi”nin futbolçusu bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Lüksemburqla oyunda məğlub olmağımız xoş deyildi. Sabahkı oyunda nəticə qazanmaq lazımdır. Üçgündənbir matça çıxırıqsa, beynimizi uğursuzluqla bağlı fikirlərlə yormamalıyıq. Evə uğrulu nəticə ilə qayıtmaq üçün bacardığımızı edəcəyik. Hamı bizdən yaxşı oyun, yaxşı nəticə gözləyir”.