15:49 04.09.2021 3142

"Hamı kimlərlə güləşdiyimi gördü" - İlham Zəkiyev

Tokio 2020 Yay Paralimpiya Oyunlarının cüdo üzrə bürünc mükafatçısı İlham Zəkiyev Fanat.Az-a müsahibə verib. Paralimpiadalarda dördüncü medalını qazanan millimizin +100 kiloqram çəki dərəcəsindəki üzvü nəticəsindən, keçirdiyi görüşlərdən və yarış öncəsi ona qarşı inamsızlıqdan danışıb. Milli Paralimpiya Komitəsinin vitse-prezidenti postunu tutan ikiqat Paralimpiya çempionu yığmamızın çıxışını da dəyərləndirib.

- Artıq 41 yaşınızın olduğunu nəzərə alaraq, hər kəs bürünc medalı sizin üçün böyük uğur hesab elədi. Bəs özünüz necə düşünürsünüz?

- Zədələri və səhhətimlə bağlı yaranan problemləri nəzərə alıb nəticəni mən də özüm üçün uğurlu sayıram. Üstəlik, hamı orada kimlərlə güləşdiyimi gördü. Rəqiblərimin hamısı görmə imkanı olan idmançılar idi. Hazırda tam görmə məhdudiyyəti olan cüdoçularla zəif də olsa görənlərin ayrılıqda mübarizə aparması ilə bağlı müzakirələr gedir. Paris 2024-ə qədər həllini tapmasını gözləyirik. Belə olsa, hər şey ədalətli olacaq.

- 2019-cu ildə keçirilən Avropa çempionatında uzun illər sonra ilk dəfə fərdi yarışı qızıl medalsız başa vurmuşdunuz. Üstəlik, bu ilin mayında Bakıda keçirilən Qran Pri-də çıxışınız uğurlu alınmamışdı. Belədə etiraf edək ki, sizinlə bağlı inamsız danışanların sayı az deyildi. Bunlar motivasiyanıza necə təsir edib?

- Özümə deməsələr də, qulağıma bəzi sözlər çatırdı.   Eşidirdim, danışırmışlar ki, daha qocalıb, ora getsə də heç nə edə bilməyəcək. Fikir verməməyə çalışmışam. Odur ki, nə əhvalım korlanıb, nə də özümü kimlərəsə sübut etmək ehtiyacı duymuşam. Hər zaman necə inam və təmkinlə hazırlaşmışdımsa, indi də elə oldu. Bundan sonra da elə olacaq.

- Bu, dördüncü Paralimpiya medalınızdır. Hər mükafatın ayrıca xatirəsi, dəyəri olur. Tokio 2020-dəki "bürünc"ün sizin üçün əsas özəlliyi nədir? 

- Deyərdim ki, "qızıl"a bərabərdir. Cənubi Koreya cüdoçusu ilə görüşdə iki barmağım sınsa da, yarışa davam edib bu medalı qazandım. Getməmişdən öncə də açıqlamalarımda demişdim heç nəyə baxmayaraq sona kimi mübarizə aparacağam, bir daha sübut edəcəyəm ki, Azərbaycan əsgəri yaralı halda da təslim olmur.

- Birinci mərhələdə Böyük Britaniya cüdoçusuna qarşı işlətdiyiniz fənd kifayət qədər baxımlı alındı. Səhv etmirəmsə, o fəndi ilk dəfə istifadə edirdiniz.

- İki il əvvəl Bakıda keçirilən Qran Pri yarışında yaponiyalı Paralimpiya çempionu Masaki Kentoya da həmin fəndi atmışdım. Düzdür, onda elə də effektiv alınmamışdı. İndiki daha baxımlı oldu.

- Siz həm də Milli Paralimpiya Komitəsinin vitse-prezidentisiniz. Komandamızın Paralimpiadadakı yekun nəticəsini dəyərləndirərsiniz. Başqa sözlə, bu dərəcədə uğurlu çıxış gözlənilən idimi? 

- Poqnozlar əsasən "qızıl" sayı ilə bağlı idi. Londondakı rekordun yenilənməsini gözləyirdik. İdmançılarımız nəinki o rekordu qırdı, bunadək iştirak etdiyimiz bütün Paralimpiya Oyunlarında əldə olunandan daha artıq sayda qızıl medal qazandılar. Uğurlu çıxış gözlənilən idi, amma bu dərəcəsi şəxsən mənim üçün xoş sürpriz oldu. Sadəcə, güllə atıcılığı və taekvondo növlərində uğursuzluq yaşandı. Səbəbləri barədə müzakirələr olacaq.

- Sizcə, indiki nailiyyəti yaxın gələcəkdə təkrarlamaq mümkün olacaq?

- İldən-ilə Milli Paralimpiya Komitəsinə müraciət edənlərin sayı artır. İndiki nəticələrdən ruhlanıb gələnlər çox olacaq. Bu da rəqabətin artması deməkdir. Aydındır ki, rəqabət olan yerdə inkişaf da var. Ancaq 14 "qızıl" elə bir göstəricidir ki, bunu təkrarlamaq hər dəfə mümkün olmaya bilər.

Sahib Əsadbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 May 2025
01:07

İspaniya La Liqası: "El klasiko"nu yenə "Barsa"qazandı, "Atletik"ə 1 qol bəs etdi

00:50

İtaliya A Seriyası: "Napoli" büdrədi, "İnter" faydalandı

00:24

Almaniya Bundesliqası: "Əczaçılar" evdə "arılar"a təslim oldular

00:06

İPL: “Çelsi" səfərdə, MY evdə uduzdu, "Liverpul" "Arsenal" ilə heç-heçə etdi

11 May 2025
23:45

Türkiyə Super Liqası: "Beşiktaş" İstanbulda coşdu

23:04

"Aralarında diqqətimi cəlb edənlər var, amma..." - Qurban Qurbanov

22:41

"Qarabağ" bizdən qat-qat üstün və istəkli idi" - Elmar Baxşıyev

22:34

"Zirə"nin əvəzidicilərindən darmadağın, "Neftçi-2" 90+5-də xilas oldu

22:09

Azərbaycan cüdoçuları Avropa Kubokunu 4 medalla başa vurdular

21:58

MPL: "Kəpəz" "Sumqayıt"ı, çempion "Araz-Naxçıvan"ı yendi

21:53

"Ardıcıl dördüncü qələbə..." - Hans-Diter Flik

21:19

"Unutmayaq ki, beş müdafiəçimiz zədəlidir" - Karlo Ançelotti

20:43

Azər Bağırov "Sumqayıt" üzərində qələbəni belə şərh etdi

20:22

Vaqif Cavadovdan rəhbərliyə sərt mesaj: "O zaman mənim işimə qiymət verin"

20:12

"Barselona" ardıcıl 4-cü dəfə "Real"ı yendi - Geridönüş zəfərə rəng qatdı

19:48

Azərbaycan yığması ikinci matçda böyük hesabla uduzdu

19:08

ABL: "Sabah" "Neftçi"yə qalib gəldi

18:51

Mbappe "Barselona"ya 2 qol vurdu, tarixi rekorda imza atdı

18:26

"Lill"in hücumçusu İtaliya klubuna keçir - Danışıqlar başladı

17:41

Bellingem əməliyyat olunacaq

17:26

Almaniyada elitanı tərk edəcək daha bir komanda bəlli oldu

16:54

Ançelottinin Braziliya millisindəki rekord maaşı da bilindi, irəli sürdüyü şərtlər də

16:11

"Sevilya"nın fanatları bazaya hücum çəkdilər

15:46

Azərbaycan parapauerliftinqçisi Dünya Kubokunda 2 qızıl medal qazandı

15:27

"İnter" 2 futbolçusu ilə vidalaşır - ADLAR

14:50

"Peşəkar inkişafıma ən çox kömək edən..." - Lionel Messi açıqladı

14:13

Emil oynadı, komandası səfərdə qazandı

13:44

Vüsaldan assist, komandası pley-offda, Coşqun isə...

13:24

Azərbaycan karateçilərindən dünya çempionatında 4 medal

12:55

"Qarabağ" 10 pillə irəlilədi, "Sabah" 26

12:21

"Barselona" zədəli oyunçularının sıraya döndüyünü açıqladı

11:59

Sörlotun etdiyini indiyədək bacaran olmamışdı - Tarixi rekord

11:26

"Bayern Münhen" Almaniya yığmasının üzvü ilə danışıqlara başladı

10:57

"Real" Fransa millisinin futbolçusunu alır - SON DURUM

10:22

ABL: Bu gün final seriyasında 5-ci oyun keçiriləcək

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

02:24

Liqa 1: PSJ 3 xalı 4 qolla qazandı

10 May 2025
23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

Facebookdan bizi izləməyi unutmayın.
X