Serbiyanın Subotiça şəhərində təşkil edilən beynəlxalq turnirdə iştirak edən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Macaristan millisi ilə oyun rəqib komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində Mehrac Baxşəli fərqlənib.
U-19 turnirdə son oyununu sentyabrın 7-də monteneqrolu yaşıdlarına qarşı keçirəcək.
Qeyd edək ki, millimiz ilk oyununu sentyabrın 3-də Serbiyaya qarşı keçirmiş və 1:2 hesabı ilə uduzmuşdu.