12:16 06.09.2021 935

"Portuqaliya belə səhvləri bağışlamır" - Millinin sabiq baş məşqçisi

Azərbaycan milli komandası sabah DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya ilə üz-üzə gələcək.

Lüksemburqla görüş ruh düşgünlüyü yaratmışdısa, İrlandiyada ilk xalını qazanan komanda ümid verdi. 

Millinin sabiq baş məşqçisi, Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev Fanat.Az-a açıqlamasında komandamızın son iki oyununu şərh edib:

"Millinin son iki oyunundan müqayisəli danışsaq, aralarında böyük fərq var. Lüksemburqda inamsız, zəif təsir bağışladıqsa, İrlandiyada tamam başqa komanda gördük. İkinci oyundan əvvəl kimdən soruşsaydın ki, nəticə necə olacaq, daha acınacaqlı məğlubiyyət yaşanacağını deyərdi. Fiziki və psixoloji çöküş proqnozlaşdırılsa da, bu, baş vermədi. Milli üzvləri toparlana bildi. 

Lüksemburq məğlubiyyətini birmənalı olaraq, məşqçinin heyət seçimi ilə əlaqələndirmək doğru olmazdı. Mümkündür ki, kənardan bizə bəsit görünən məqamlar baş məşqçinin seçiminə təsir edib. Mən Canni De Byazinin heyət seçimini "qılınclamaq" istəmirəm, bu etik cəhətdən doğru olmaz. Çox güman, o, təhlil apardıqdan, kimin hazırlıqlı, rəqiblə bağlı taktikaya uyğun olduğunu müəyyənləşdirdikdən sonra qərar verib. Qələbə qazansaydıq, onu heç kim qınamayacaqdı. Komanda məğlub olubsa, etdiyi dəyişikliklər onun əleyhinə çevrilib. Başa düşürəm, düz qərarın arxasında nəticə durur. Nəticə pisdirsə, düz qərar belə səhv kimi qəbul olunur.   

Ümumiləşdirsək, Lüksemburqla oyunun 2-ci  hissəsində, İrlandiyada isə 1-ci yarıda millimiz yaxşı oyun sərgilədi. Hərçənd, ilk matçda rəqib fasilədən sonra özü də müdafiəyə çəkildi, hesabı qorumağa çalışdığı üçün təzyiqi azaltdı. Fikrimcə, hesab oyuna görə oldu. İrlandlar isə ikinci hissədə aramsız təzyiq edərək məğlubiyyətdən xilas olmağa çalışırdı. Cinahlardan ötürmələr, standart vəziyyətlərdən zərbələrlə müdafiə xəttimizi yarmağa çalışsalar da, çox vaxt buna nail ola bilmirdilər. Müdafiədə təmkinli, sakit oynadığımızı qeyd etməliyəm. Düzdür, son dəqiqələrdə top buraxdıq, qoldan başqa da qapımız qarşısında təhlükəli epizodlar oldu. Qəribə səslənsə də, ikinci qolu vurmağa irlandların ustalığı çatmadı". 

Təcrübəli mütəxəssis Portuqaliya ilə oyunun ağır keçəcəyini proqnozlaşdırır:

"Bu, bir həftə ərzində üçüncü oyun olacaq. Əvvəlki illərin təcrübəsinə əsasən, ikili oyunların azərbaycanlı futbolçular üçün ağır keçdiyinə şahid olmuşuq. İndiki məqamda isə qısa vaxt ərzində 3 oyundan söhbət gedir. Futbolçuların fiziki problemi özünü göstərə bilər. Komanda Lüksemburqa, ordan İrlandiyaya səfər edib, ötən gün Bakıya qayıdıblar. Yəni ağır oyunlar və yol yorğunluğu var. Bildiyimə görə, heyətdə, müdafiə xəttində itkilər var. Bundan başqa, oyun planında da problemlər diqqət çəkir. Hansı ki, Portuqaliya belə səhvləri bağışlamır. Ümid edirəm ki, milli İrlandiyadakı oyunun birinci hissəsindəki kimi soyuqqanlı, inamlı ola biləcək".  
 
Hazırda Serbiyada - Subotiça şəhərində təşkil edilən beynəlxalq turnirdə iştirak edən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin düşərgəsində olan Diniyevdən komandamızın çıxışına da münasibət öyrəndik:
"Macarıstan, Monteneqro, Serbiya və Azərbaycanın iştirakı ilə yaxşı turnir təşkil olunub. Güclü rəqiblərdir. Serbiya və Macarıstana uduzsalar da, yığmamızın başabaş mübarizə apardığını qeyd etməliyəm. Bu turnir Avropa çempionatının seçmə mərhələsindən əvvəl ciddi sınaqdır. Bu oyunlardakı səhvləri seçmə oyunlara qədər aradan qaldırmaq olar. Həm Macarıstan, həm də Serbiya bu yaş qrupunda Avropanın favoritlərindən sayılır. Nəticəni nəzərə almasaq, bizim komanda onların qarşısında aciz görünmədi. Sabah da bir oyunumuz var. Monteneqro ilə oyundan sonra yekun fikir bildirmək olar".

Mirağa 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

Facebookdan bizi izləməyi unutmayın.
X