"Qarabağ"ın Konfrans Liqasının qrupundakı rəqibi "Kayrat" yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, Qazaxıstan klubu yerli Karaqanda "Şaxtyor"u ilə gücünü sınayıb.
Milli komandalara cəlb olunan futbolçuların iştirak etmədiyi oyun "Kayrat"ın məğlubiyyəti ilə nəticələnib. Almata klubu çempionatın autsayderinə - "Şaxtyor" 14 komandanın iştirak etdiyi çempionatda 11-ci yerdə qərarlaşıb - 0:2 hesabı ilə uduzub.
"Qarabağ"ın rəqibi meydana Stas Pokatilov, Sergey Keyler, Rade Duqaliç, Denis Polyakov, Dino Mikanoviç, Maki Banyak, Aybol Abiken, Rikardu Alveş, Miras Omatay, Vagner Lav, Arseniy Meleşenkodan ibarət "11-lik"lə çıxıb.
Qeyd edək ki, "Kayrat"la "Qarabağ"ın qrupda ilk görüşü oktyabrın 21-də Bakıda baş tutacaq.
Mirağa