Millimizin üzvü Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" Türkiyə 1-ci liqasının ən bahalı komandasıdır.
Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "ağ-qaşıllar" 2021/2022 mövsümünün oynanıldığı liqada 14.03 milyon avroluq heyətlə ən dəyərli klubdur. İkinci sırada 11 milyon 98o min avro ilə "Samsunspor", üçüncü sırada isə "Manisa" (9 milyon 900 min) yer alır.
Liqanın ümumi dəyəri 131 milyon 350 min avroya çatır. Ən bahalı oyunçulara gəlincə, "Manisa"lı Selim İlqaz 2 milyon, "Bursaspor"lu Tim Matavz 1 milyon 800 min, "Altınordu"lu Enis Destan 1 milyin 700 min avroluq qiymətlə ilk "üçlük"də qərarlaşıblar.
Mirağa