UEFA Konfrans Liqasənın I turunun “Qarabağ” - “Bazel” oyununun yeri dəyişdirilib.
Fanat.Az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək. Öncədən Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi planlaşdırılan qarşılaşma ölkənin ən böyük idman qurğusunda baş tutacaq.
Matç sentyabrın 16-da keçiriləcək və saat 20.45-də başlayacaq.
Qeyd edək ki, buna əsas səbəb Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün bərbad vəziyyətdə olmasıdır.