13:15 08.09.2021 1706

"Hələki De Byazinin işinin nəticəsini görmürük" - Ağasəlim Mircavadov

"Millinin son oyunlarının hamısına baxmışıq, özümüz üçün təhlil aparmışıq. Dünənki oyunu da Məşqçilər Komitəsinin üzvləri ilə stadiondan izlədik. Hamımızın fikri üst-üstə düşür: milli hələki istədiyimiz kimi oynamır. Biz keyfiyyətə baxırıq. Millinin öz oyunu, dəst-xətti olmalıdır. Buna baş məşqçi cavabdehlik daşıyır". 

Bu fikirlər təcrübəli mütəxəssis, Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadova məxsusdur.

Azərbaycan yığma komandasının DÇ-2022-nin seçmə mərhələsindəki son oyunları barədə Fanat.Az-a danışan millimizin keçmiş baş məşqçisi Canni De Byazinin işinə qiymət verib: 

"Adamın Allahı var, bu məşqçini daim stadionlarda görürük. Gəlib baxır, qeydlər aparır. Amma hələki işinin nəticəsini görmürük. Daha doğrusu, bir hissə görürük. Lüksemburqda 2-ci, İrlandiyada 1-ci, Portuqaliya ilə matçda yenə 2-ci hissədə nisbətən yaxşı təsir bağışladı. Niyə belədir, bilmirik. Məşqçi oyunu oxuya bilməlidir. Qol buraxa biləcəyini hiss etməlisən. Dünən rəqib hesab açılana qədər bizim sol cinahdan ardıcıl təhlükə yaradırdı. Bunun qarşısını vaxtında almaq, tədbir görmək lazım idi. Mövqe səhvlərinə yol verirdik. Anlamıram Təmkin Xəlilzadə niyə topa baxır, oyunçunu "itirir". Gərək axıra qədər oynayaydı. Sağ cinahda Abbas Hüseynovun faydalı iş əmsalı çoxdur, amma o da arada elə səhvlərə yol verir ki...".     

Mircavadov milli üzvlərinin əzmkarlığından razı qalmayıb: 

"Portuqaliya ilə aramızdakı səviyyə fərqi böyükdür, bunu heç kim inkar etmir. Ancaq istəklə oynamaq lazımdır, doğma arenada oynayırsansa, gərək "otu yeyəsən". Sağ olsun azarkeşlər, onlar komandanı yaxşı dəstəkləyirdi, xeyli adam gəlmişdi. Onların bu dəstəyinin qarşısında komanda mübariz olmalıdır, əlindən gələnin artığını etməlidir. Hələ də qol buraxandan sonra toparlana bilmirik. Canni De Byazinin millisində bu kimi çatışmazlıqların dəyişməsini arzulayırıq". 

Ağasəlim Mircavadov "Canni De Byazi bundan sonra miliyə nə verəcək" sualını belə cavablandırıb: 

"Mən demirəm baş məşqçini bu saat istefaya göndərmək lazımdır. Vaxt verilməlidir. Uzağa getməyək, qrupdakı rəqibimiz Lüksemburq neçə ildir eyni məşqçi ilə işləyir. Bildiyimə görə, əvvəl U-21-i çalışdırıb. 8-9 ildi də əsas millidədir. Artıq nəticə verməyə başlayıblar.

Şəxsi fikrimdir ki, hansısa məşqçini kluba və ya yığmaya gətirəndə onun haqqında kifayət qədər informasiya toplamalısan. Nəticə verə bilirmi, iş prinsipi necədir, təcrübəli futbolçularla dil tapırmı, cavanları inkişaf etdirməyi bacarırmı və sair. Məsələ burasındadır ki, De Byazinin gəlişi nəsildəyişmə dövrünə təsadüf etdi. Başda Rəşad Sadıqov olmaqla, təcrübəli milli üzvlərinin bir çoxu getdi. Belədə italiyalı mütəxəssis cavanların ümidinə qaldı. Bu məqam da nəticəyə az təsir eləmir. Baxmayaraq ki, millidə bir neçə legioner həyatı yaşayan futbolçu çıxış edir. Onlara böyük ümidlər bəsləyirik".   

Təcrübəli mütəxəssis "Ağasəlim Mircavadov indikindən fərqli nəticə verə bilərdimi" sualına isə konkret cavab verməyib:

"Mən? (gülür). Özümü tərifləmək istəmirəm. Amma mənim oynatdığım komandaların həmişə dəst-xətti olub, azarkeşlər bəyənib. Gənc mütəxəssislərlə stadionlarda qarşılaşırıq, söhbətləşirik: onlar millidə işləmək istəyir. Sadəcə, yerlilərdən həmişə nəticə tələb olunur.

Halbuki, nəticə daha çox əcnəbidən tələb olunmalıdır. Yoxsa ona filan qədər pul verib gətirməyin nə mənası var? Azarkeşləri qınamıram, mən də onlar kimi nəticə istəyirəm. 
Bir daha deyirəm, De Byaziyə tsiklin sonuna, müqaviləsi başa çatana qədər şans verilməlidir. Bu, nəyi dəyişəcək, deyə bilmərəm. Amma müqaviləyə əməl etmək lazımdır. Ondan sonra baxıb görərik rəhbərlik nə qərar verəcək".  

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

Facebookdan bizi izləməyi unutmayın.
X