16:24 08.09.2021 1723

"Əlli-ayaqlı futbolçular nədənsə utanırlarmı?" - Sənan Abdullayev

Tanınmış idman jurnalisti Sənan Abdullayev "Facebook" səhifəsi üzərindən fikirlərini paylaşıb.

Fanat.Az xəbər verir ki, "Xəzər TV"nin aparıcısı statusunda futbol üzrə milli komandamızın üzvlərini sərt tənqid edib. 

Onun fikirlərini təqdim edirik: 

"Paralimpiya oyunlarından hər hansı video qabağınıza çıxmayıbsa, mütləq heç olmasa bir dəfə baxın. O oyunlar göstərir ki, əslində qüsur fiziki yox, beyində, mənəviyyatda, özünə və məxsus olduğun dəyərlərə, ölkəyə münasibətdə olur. İki qolu olmayan üzgüçünün çempion olmasının, gözləri görməyən birinin rəqiblərini aldadıb qol vurmasının, topun içindəki səslə özünü sərt döşəmənin üstünə atıb ölkəsinə olimpiya qızılı qazandırılmasının arxasında şəxsiyyət qələbəsi dayanır. Azərbaycanı təmsil edən o adamların çoxu fiziki qüsurlarını həzm edərək, heç bir zaman milyonçu olmayacaqlarını, heç bir zaman futbolçularımız qədər qazanc əldə etməyəcəklərini bilə-bilə illərlə məşq edirlər. Nə zamansa kiməsə öz sevincindən pay verəcəklərinə inanaraq, həm də ən azı onlara xidmət göstərən insanların haqqını ödəməmək qorxusundan utanaraq çempionluqlar yaşayırlar. 

Bəli, onlara xidmət edən adamlardan utanaraq! Amma əlli-ayaqlı, hər bir şəraiti olan futbolçular nədənsə utanırlarmı? AFFA-da kabinetlərdə oturan, illərdi elə həmin paralimpiyaçıların xəyallarında olmayan pulları qazananlar qüsurun nə olduğunu dərk edirlərmi? Axı bu ölkənin qocası-cavanının illərdi verdiyi vergi ilə o bina ayaq üstə durur. Bu ölkədə milyonlar onlara xidmət edir! Bəs deyilmi? 

P.S. Universitetdə bir müəllimimiz var idi. Deyirdi ki, insanın insan olduğunu göstərən əsas əlamət utanmaq qabiliyyətidir!

Qeyd edək ki, ötən gün DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanın əsas millisi Portuqaliyaya 0:3, U-21 yığmamız isə Avropa çempionatının seçmə mərhələsində Avstriyaya 0:6 hesabı ilə məğlub olublar. 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

Facebookdan bizi izləməyi unutmayın.
X