"Qarabağ"ın Konfrans Liqasının qrupundakı rəqiblərindən olan "Kayrat"da iki istefa baş verib.
Fanat.Az xəbər verir ki, klubun icraçı direktoru Talqat Takiyev və Marketinq şöbəsinin rəhbəri Müslim Cilbikaev postundan ayrılıblar.
Hər iki funksioner kluba yaxınlığı ilə tanınan "Almalı" holdinqdə çalışmağa davam edəcəklər. Onların yerinə yeni təyinatlar haqqında məlumat verilməyib.
Qeyd edək ki, "Qarabağ" "Kayrat"la qrupda ilk oyununu oktyabrın 21-də Bakıda keçirəcək.
Mirağa