15:36 05.02.2014 695

Azərbaycan futbolunda daha bir rusvayçılıq: "Simurq"la "Bakı"...

Yay "transfer pəncərəsi" bağlanandan 15-16 gün sonra Elnur Allahverdiyevin "Qəbələ"yə keçidi böyük qalmaqala səbəb olmuşdu. Həmin vaxt "Xəzər Lənkəran" millinin üzvünə avqustun 31-də azad agent statusu verdiyini iddia etsə də, əslində belə olmadığı hər kəsə bəlli idi. Elnurun "Xəzər Lənkəran"la müqaviləsi pozulmamışdı və futbolçu "Qəbələ"də qışadək icarə əsasında çıxış etdi. Milli üzvünün Yuri Syominin komandasına transferi bu qış baş tutdu (hərçənd tərəflər müqavilə barədə heç bir açıqlama verməyərək, bir neçə ay əvvəlki saxtakarlığı gizlətməyə çalışdı).


Daha bir oxşar hadisə qış transfer pəncərəsi dövründə yaşandı. Belə ki, transfer pəncərəsi yanvarın 31-də bağlansa da, "Simurq" dünən Mindauqas Kalonası icarəyə götürdü. Bu barədə klubun rəsmi saytı məlumat yaydı.


Bununla bağlı əlaqə saxladığımız PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev fərqli açıqlama verdi: "Transfer pəncərəsi yanvarın 31-də başa çatıb. Onlar müqaviləni ayın 31-də bağlayıblar".


"Simurq"un rəsmi saytı transferlə bağlı dünən məlumat yayıb. Hətta xəbərdə müqavilənin məhz dünən - fevralın 4-də bağlandığı da qeyd olunub: "Simurq" heyətinə daha bir futbolçu qatıb. Mindauqas Kalonas icarə əsasında mövsümün sonuna qədər komandamızda çıxış edəcək. Bu gün Zaqatala təmsilçisi ilə münasibətlərini rəsmiləşdirən 30 yaşlı futbolçu "Simurq"un heyətində 9 nömrəli forma geyinəcək". 


Aslan Şahgəldiyev isə bunun əsas olmadığını bildirdi: "Sayt belə bir xəbər yaya bilər. Bu əsas götürülmür. Əsas təqdim olunan sənəddi ki, o da yanvarın 31-də verilib".


Göründüyü kimi, Azərbaycan çempionatında ikinci "Elnur Allahverdiyev qalmaqalı" yaşanır. Deyəsən, artıq saxtakarlıq adi hal almağa başlayıb. "Qəbələ" və "Xəzər Lənkəran"ın ortaq saxtakarlığını örnək alan "Simurq"la "Bakı" daha bir rusvayçılığa imza atıb. Çox təəssüf ki, PFL də bütün bunlara göz yumur.


Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X