18:55 11.09.2021 1860

Boks Federasiyasında iclas - Sotomayor karyerasını bitirdi

Azərbaycan Boks Federasiyasının (ABF) iclası keçirilib. 

Azərbaycan Boks Federasiyasından Fanat.Az-a verilən məlumata görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan toplantıda ABF-in vitse-prezidentləri Süleyman Mikayılovla Rövşən Hüseynov, baş katib Nağı Səfərov, bütün yaş qrupları üzrə milli komandaların məşqçilər korpusu, aparıcı klub və cəmiyyətlərin məşqçi-müəllimləri, həmçinin yığma üzvləri iştirak ediblər. 

İclası giriş sözü ilə açan S. Mikayılov Azərbaycan boksçularının Tokio Olimpiadasındakı çıxışını dəyərləndirib: “Bu lisenziyaların koronavirus pandemiyası dönəmində əldə edildiyini nəzərə alsaq, bu, uğurdur. Çünki boksçularımız qaydalara əsasən 2020-ci ildə demək olar ki, hazırlıq keçmədilər. Yalnız zaldan kənarda fiziki məşqlərlə kifayətləndilər. Toplanışlarımız 2021-ci ilə təsadüf etdi. Düzdür, lazımi hazırlığı keçə bilməməyimizə baxmayaraq, biz Tokio-2020-də daha çox medal gözləyirdik. Təmsilçilərimizdən Alfonso Dominqes fəxri kürsüyə yüksəldi. Amma digərlərinə baxdıqda, Tayfur Əliyevin vyetnamlı boksçu ilə döyüşünü hamı izlədi. İdmançımızın necə mübarizəni dayandırmasının və ya uduzdurulmasının şahidi olduz. Dünya çempionumuz Cavid Çələbiyev də eyni halla üzləşdi. Bir dəqiqə belə dayanmadı, amma hakim haqsızlığı səbəbindən yarışla vidalaşdı. Məhəmməd Abdullayevin isə püşkdə bəxti gətirmədi. Özbəkistanlı dünya çempionu ilə qarşılaşdı və rəqib təcrübəsi hesabına mərhələ adladı. Dominqes də finalın bir addımlığında büdrəyərək, bürünc medala sahib oldu. Onun da rəqibi çox titullu və təcrübəli idi. Yalnız Rio Olimpiadasının gümüş medalçısı Lorenzo Sotomayor yaxşı işləmədi. Bunu da hamı gördü”.

Vitse-prezident Rio-2016-nın gümüş mükafatçısı olan 36 yaşlı Sotomayorun artıq milli komandamızda çıxışını başa vurduğunu da açıqlayıb.

Ardınca növbəti Olimpiya tsikli ilə bağlı tapşırıqlarını verən S. Mikayılov məşqçilər və iclas iştirakçıları ilə fikir mübadiləsi də aparıb. O vurğulayıb ki, tituldan və addan asılı olmayaraq hansı çəki dərəcəsində aşağı yaş qruplarından gələn güclü boksçu varsa, sınaq döyüşlərindən sonra əsas heyət formalaşmalıdır: “Lakin bütün bunlara nəzarəti həmin yaş qrupları üzrə məşqçilər korpusu etməlidir. Mən onlara güvənirəm və inanıram ki, seçimlərini düzgün edirlər. Düzdür, bəzən hansısa söhbətlər yayılır. Amma birmənalı şəkildə deyirəm ki, Azərbaycan çempionatı ilə beynəlxalq yarışlar fərqlidir. Şahidi olduğum hadisəni söyləyirəm ki, ölkə çempionu olan bəzi boksçular xaricə çıxanda öz döyüşünü göstərə bilmirlər. Elə startdaca büdrəyirlər. Yaxud o, hazırlıq dönəmində 4-cü nömrəyə belə uduzur. Bu səbəblərdən baş məşqçilər düzgün seçim etməlidirlər. Uğurlarımızın daha da artacağına böyük ümid edirəm”. 

Federasiya rəsmisi komandalarımızla bağlı gələcək planlarını da açıqlayıb. O, məşqçi-müəllimlərə müraciət edərək deyib ki, hələlik çempionatlar keçirilmədiyindən hansının yığmaya layiq bildiyi boksçu varsa, həmin yaş qrupu üzrə baş məşqçiyə məlumat versinlər: “Qarşıda əsas yığmamızı dünya, gənclərdən ibarət millimizi isə Avropa çempionatı gözləyir. Böyüklərdən ibarət komandamız tezliklə hazırlığa başlayacaq. Danışıqlar aparırıq və istəyirik ki, Şamaxı Olimpiya İdman Kompleksini bir növ özümüz üçün bazaya çevirək. Həmçinin planlarımıza rayon və kəndlərdə yeni boks bölmələrimizin açılması daxildir. Bununla bağlı yeni gənclər və idman naziri Fərid Qayıbovla görüşəcəm. Gənc boksçularımız isə artıq bugünlərdə yarışa yollanacaqlar”.

Daha sonra çalışdırıcılar çıxış edərək, onları maraqlandıran suallara və problemlərin həllinə cavab alıblar. 

ABF-nin baş katibi Nağı Səfərov isə komandamızın Olimpiadaya hazırlıq dönəmindən danışıb. O bildirib ki, ilin əvvəlində Beyləqanda başlayan məşqlər Olimpiadanın startı ərəfəsində İtaliyada yekunlaşıb: “Lakin etiraf etməliyik ki, pandemiya şəraitində məşqlər bəzən planlaşdırdığımız kimi olmadı. Boksçularımız son ildə cəmi 1 beynəlxalq turnirdə iştirak etdilər. Buna baxmayaraq, Olimpiada ənənəmizi davam etdirərək yenə medal qazandıq”.

O, oktyabrda Serbiyanın paytaxtı Belqradda start götürəcək dünya çempionatı barədə də danışıb. N. Səfərovun sözlərinə görə, yeni qaydalara əsasən 13 çəki dərəcəsində gərgin keçəcək yarışın hazırlıqlarına tezliklə start veriləcək. Baş katib bəzi çəkilərdə sınaq döyüşləri üçün məşqçilərə müraciət edib: “Mundial yeni çəki dərəcələrində baş tutacaq. Bu səbəbdən də məşqçilər korpusunun üzərinə böyük yük düşür. Onlar kimin hansı çəkidə döyüşəcəyini müəyyənləşdirirlər. Məsələn, 48 kq-da hansı klubda güclü idmançılar varsa, sınaq görüşləri üçün çalışdırıcıya müraciət etsinlər. Bu digər çəkilərdə də istisna edilmir”.

N. Səfərov sınaq görüşlərindən sonra Amin Kuşkov və Cəbrayıl Yelikovun da hələlik yığmalardan kənarda qaldığını qeyd edib. O vurğulayıb ki, bu boksçular Azərbaycan çempionatında özlərini göstərdikdən sonra yenidən düşərgəyə cəlb edilə bilərlər. 

Sonda görüş iştirakçıları ölkə boksunun daha da inkişafı üçün müəyyən fikirlər səsləndiriblər. Problemlər müzakirə olunub, çıxış yolları barədə geniş müzakirələr aparılıb.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

28 May 2025
09:25

UEFA Konfrans Liqasının qalibi müəyyənləşir - YENİLƏNİR

09:00

Minifutbol: Bu gün 1/8 final mərhələsinə yekun vurulacaq

08:00

28 May - Azərbaycanda Müstəqillik Günüdür

00:12

AFFA U-16 Liqasında mövsüm başa çatdı

27 May 2025
23:41

Yamal "Barselona" ilə yeni müqavilə bağladı - RƏSMİ

23:20

Arda Turanın yeni iş yeri bilindi - RƏSMİ

23:04

"Bir-iki saat qələbənin dadını çıxardıqdan sonra..." - Elşad Quliyev

22:58

DÇ: 1/4 finalın 4 iştirakçısı müəyyənləşdi

22:47

Yamal indikindən 3 dəfə çox qazanacaq - Məbləğ açıqlandı

22:21

Avropada "mövsümün komandası" açıqlandı: Yamal, Mbappe, Virts...

21:42

DÇ: Azərbaycan millisi dünya çempionunu yenib 1/4 finala yüksəldi

21:20

Premyer Liqada 2025/2026 mövsümünün start tarixi açıqlandı

21:09

Mövsümün ən yaxşıları mükafatlandırıldı - FOTOLAR

20:52

İngiltərədə bunu "Çelsi"dən başqa heç kim bacarmayıb - Rekord

20:14

Nelson Semedu İngiltərə nəhənginə qoşulmaq üzrədir

19:50

Azərbaycanın stolüstü tennisçiləri Daşkənddə beynəlxalq yarışda iştirak edəcəklər

19:16

Minifutbol: İngiltərə ilk 1/4 finalçı oldu

18:49

İki aydır uduzmayan Bundesliqa klubu baş məşqçisi ilə vidalaşdı - RƏSMİ

18:14

"Əməlli-başlı ruh düşkünlüyünə qapılmışdım" - Antoni

17:50

Azərbaycan millisinin üzvü Niderlandın elita klubunda - RƏSMİ

17:34

"Qarabağ"ın qapıçısı milliyə dəvət aldı

17:16

Kilian Mbappe oyun nömrəsini dəyişir

16:58

Qakpo "Liverpul"u bu kluba dəyişə bilər - SON DURUM

16:40

Kapello "Milan"ı kimin çalışdırmalı olduğunu dedi: "Mən onu seçərdim"

16:21

Legioner limitinin ləğvi qərarında boşluq var - "İşbazlar" pusquda

16:03

Raul "Real Madrid"dən getdi - RƏSMİ

15:44

"Şərtlər qane etdiyinə görə, yeni müqavilə imzaladıq" - Elmar Baxşıyev

15:26

Rafael Ağayev millinin məşqini izlədi - FOTOLAR

15:08

Klub prezidenti De Bröyneni heyətə qatacaqlarını təsdiqlədi

14:50

Azərbaycanı DÇ-də təmsil edəcək cüdoçuların adları bilindi

14:34

"Araz-Naxçıvan"ın hazırlıq planları dəqiqləşdi

14:16

Elmar Baxşıyev yeni müqavilə imzaladı - RƏSMİ

13:58

Zanyolo iki futbolçunu vurdu - "Roma" bəyanat yaydı

13:39

"Şamaxı" kapitanını yola saldı - RƏSMİ

13:21

"Mançester Siti"dən Reynders üçün İtaliya nəhənginə rəsmi təklif - MƏBLƏĞ

13:02

"Milan"ın yeni idman direktoru bilindi - RƏSMİ

12:43

Nkunku "Çelsi"ni tərk edəcək, Londonu yox

12:24

Birinci Liqaya vəsiqə uğrunda pley-off oyununun təyinatları bilindi

12:05

Əfsanəvi Zidan Lamin Yamala heyran qalıb - "Həyatımda beləsini görməmişdim"

11:46

Azərbaycanın millisi Litva yığması ilə üz-üzə

Facebookdan bizi izləməyi unutmayın.
X